İƏGF AVRASİYA REGİONAL MƏRKƏZİNİN FƏALİYYƏTİNİN 15 İLLİYİ MÜNASİBƏTİLƏ DİPLOMATİK QƏBUL KEÇİRİLİB

Bakıda İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) fəaliyyətinin 15 illiyi münasibətilə diplomatik qəbul keçirilib. İclasda İƏGF Avrasiya Regional Mərkəzinin 15 illik fəaliyyəti ərzində İƏT məkanında gəncliyin inkişafına və beynəlxalq əməkdaşlığa verdiyi töhfələri əks etdirən videoçarx təqdim olunub. Daha sonra Mərkəzin İdarə Heyətinin sədri Elçin Əsgərov, gənclər və idman naziri Fərid Qayıbov, eləcə də diplomatik korpus adından Mərakeş Krallığının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Məhəmməd Adil Embarş çıxış ediblər. Tədbir çərçivəsində bu il dekabrın 6-da Bakıda keçirilmiş İƏT Xarici İşlər Nazirlərinin simulyasiyasında xüsusi bacarıqları və fəallıqları ilə seçilən 9 gənc iştirakçı fərqlənmə sertifikatı və mükafatlarla təltif olunub. Gecə İƏT ölkələrini təmsil edən mədəniyyət proqramı ilə davam edib.
Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org