“Qələbəyə Aparan Liderlik” layihəsi uğurla icra olundu!
Azərbaycan
Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Gənclər
Fondunun elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Qələbəyə Aparan Liderlik” – Gənclər üçün Liderlik Proqramı
layihəsi 28–30 dekabr 2025-ci il tarixlərində Göyçay və Ağdaş
rayonlarında həyata keçirilib.
Layihənin
rəsmi açılış mərasimi 28 dekabr 2025-ci il tarixində Göyçay rayonunda baş
tutub. Layihə çərçivəsində təlim və tədbirlər 28–29 dekabr
tarixlərində Göyçay rayonunda, 30 dekabr tarixində isə Ağdaş rayonunda
təşkil olunub. Hər iki region üzrə keçirilən sessiyalarda hər rayondan 20 nəfər olmaqla ümumilikdə 40 nəfər region gənci iştirak edib.
Tədbirlər
zamanı iştirakçılara Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətən
müharibəsi dövründə nümayiş etdirdiyi liderlik nümunəsi əsasında liderlik
bacarıqları, strateji düşüncə və ictimai təşəbbüskarlıq mövzularında praktiki
biliklər təqdim olunub. Təlimlər interaktiv formatda həyata keçirilib, gənclər
qrup işləri və müzakirələr vasitəsilə əldə etdikləri bilikləri tətbiq etmək
imkanı qazanıblar.
Layihə
çərçivəsində eyni zamanda Vətən müharibəsi iştirakçıları ilə görüşlər təşkil
olunub, bu görüşlər gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi və
liderlik anlayışının real həyat nümunələri üzərindən mənimsənilməsinə töhfə
verib.
“Qələbəyə
Aparan Liderlik” layihəsi region gəncləri arasında liderlik potensialının üzə
çıxarılmasına, onların ictimai fəallığının artırılmasına və gələcəkdə
cəmiyyətin inkişafında daha aktiv rol almalarına dəstək olmağı qarşıya məqsəd
qoyur.
Layihənin
növbəti mərhələlərində əldə olunan nəticələrin davamlılığının təmin edilməsi
məqsədilə təlim iştirakçılarından ibarət təşəbbüs qruplarının formalaşdırılması
və oxşar fəaliyyətlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.


