“Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramının qalibləri müəyyənləşib

 

“Aqrar Məşvərət Şurası” İctimai Birliyinin sədri Niyazi Əmirbəyov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri üçün nəzərdə tutulmuş “Azərbaycanın gənc aqroliderləri” təqaüd proqramına seçilən gənclərlə görüşüb.

Görüşdə layihənin əsas məqsədinin aqrar sahədə liderlik potensialına malik, müasir bilik və bacarıqlara yiyələnmiş gənclərin dəstəklənməsi, onların təhsil imkanlarının genişləndirilməsi və peşəkar inkişafına şərait yaradılması olduğu deyilib.


Təqaüd əyani təhsil alan və yüksək akademik göstəriciləri ilə seçilən II və III kurs tələbələrinə verilir. Proqram aqronomluq, baytarlıq, zoomühəndislik və aqromühəndislik ixtisaslarında uğur qazanan tələbələri əhatə edir.


Görüşün sonunda təqaüd qazanan tələbələrə sertifikatlar təqdim olunub.

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org