AZƏRBAYCAN GƏNCLƏRİ “MOLDOVA OPEN – 2026” TURNİRİNDƏ ÇIXIŞ EDİB


Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən “Moldova Open – 2026” beynəlxalq intellektual oyunlar turnirində ölkəmizdən iki komanda tərkibində 11 gənc iştirak edib.

 

Ümumilikdə 13 ölkədən 40-dan çox komandanın qatıldığı turnir müxtəlif bilik yarışları ilə yadda qalıb. Üç gün davam edən tədbir çərçivəsində Azərbaycan gəncləri “Nə? Harada? Nə zaman?” komanda formatlı “Fərdi oyun” və “Dostluq Kuboku” kimi müxtəlif yarışlarda çıxış ediblər. Proqram çərçivəsində iştirakçılar üçün geniş şəbəkələşmə imkanları yaradılıb.

Növbəti xəbər
sr7themes.eu.org