“ZİRVƏ” GƏNCLƏR DÜŞƏRGƏSİ KEÇİRİLİB


 Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan “Zirvə” gənclər düşərgəsi keçirilib.

 
Düşərgə Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində baş tutub.
 
Düşərgə müddətində iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıblar.
 
Proqram çərçivəsində iştirakçılar komanda quruculuğu, liderlik psixologiyası, idarəetmənin psixoemosional aspektləri və təsiretmə alətləri mövzularında təlimlərdə iştirak edib, həmçinin Lissabon Sammitinin simulyasiyası vasitəsilə beynəlxalq münasibətlər sahəsində bilik və bacarıqlarını inkişaf etdiriblər.
Bununla yanaşı, təşkil olunan intellektual yarışlar, film nümayişi, “İstedadlı gənclər” rubrikası və ekskursiya proqramı iştirakçıların fəallığının, yaradıcılıq potensialının və komanda ruhunun gücləndirilməsinə töhfə verib.
Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org