“PİLLƏ 4” RESPUBLİKA TƏLƏBƏ TAMAŞALARI FESTİVALININ BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLİB


 Mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

 
Tədbirdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva çıxış edərək festivalın gənclərin yaradıcılıq potensialının inkişafı, teatr sənətinə marağın artırılması və tələbələrin səhnə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətini vurğulayıb.
 
Festivalda ADMİU ilə yanaşı, digər ali təhsil müəssisələrinin tələbə kollektivləri də iştirak ediblər.
 
Münsiflər heyətinin qərarına əsasən müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşdirilib. Festival çərçivəsində qaliblərə diplomlar, plaketlər, hədiyyələr və müxtəlif mükafatlar təqdim olunub. Gecə bədii proqram və musiqi nömrələri ilə yekunlaşıb.
Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org