“RESPUBLİKA GƏNCLƏR DEBAT FORUMU: 2026, YAZ” LAYİHƏSİ



 “Respublika Gənclər Debat Forumu: 2026, Yaz” layihəsinin Naxçıvan mərhələsinə start verilib. Eyni zamanda Naxçıvan gəncləri üçün debatın “PD” formatı üzrə təlimlər və hakimlik akkreditasiyası uğurla başa çatıb.

 
Mayın 2-dən 5-dək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun, eləcə də Naxçıvan “ASAN xidmət” mərkəzinin dəstəyi ilə “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Naxçıvan Regional Debat Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda təlimlər təşkil olunub.
 
Təlimlərin məqsədi gənclərin debatın “PD” formatı, çıxışın hazırlanması, arqumentlərin əsaslandırılması, düzgün sualvermə, mövzunun araşdırılması və təhlili istiqamətlərində nəzəri və praktiki biliklərinin artırılması olub. Təlimlər çərçivəsində iştirakçılar üçün nümunəvi şou-debat da təşkil edilib.
 
Layihə çərçivəsində debat hakimləri ilk dəfə olaraq hüquqi debat formatı üzrə xüsusi hakimlik akkreditasiyasından keçərək öz səriştələrini rəsmiləşdirib, həmçinin peşəkar bacarıqlarını praktiki şəkildə nümayiş etdiriblər.
Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org