20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Əbədi and yeri” adlı anım tədbiri keçirilib


Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində fotomüxbir-jurnalist Rasim Sadıxovun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində və ətraf ərazilərdə baş verən hadisələri əks etdirən, tarixi yaddaşa çevrilmiş fotoları tədbir iştirakçılarına nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib. Bakı İctimai Xoru və gənc musiqiçilərin ifasında xalq mahnıları, eləcə də görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Previous Post
No Comment
Add Comment
comment url
sr7themes.eu.org