“Konstitusiyanın Banisi – Ümummilli lider Heydər Əliyev” layihəsi İsmayıllı və Qəbələ rayonlarında uğurla həyata keçirildi


Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində qalib olmuş “Konstitusiyanın Banisi – Ümummilli lider Heydər Əliyev” layihəsi uğurla həyata keçirilmişdir.

26–27 yanvar 2026-cı il tarixlərində İsmayıllı və Qəbələ rayonlarında təşkil olunan maarifləndirici seminar və ictimai diskussiyalar müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi, ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğundakı rolunun gənclər arasında təbliğini hədəfləyib.

Layihə çərçivəsində hər region üzrə 40 nəfər olmaqla ümumilikdə 80 nəfər region gənci təlim və müzakirələrdə iştirak edib. İştirakçılar əsasən 16–25 yaş arası tələbə və məktəblilər, həmçinin hüquq, tarix və ictimai elmlərə maraq göstərən fəal gənclər olub.

Seminarlarda Azərbaycan Respublikasının Konstitusiyasının formalaşma tarixi, hüquqi dövlət prinsipləri və Heydər Əliyevin konstitusiya prosesindəki tarixi rolu geniş şəkildə izah olunub. Hüquqşünas və tarixçilərin iştirakı ilə keçirilən təqdimatlarda konstitusiya prinsiplərinin müasir Azərbaycan dövlətçiliyində əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbir çərçivəsində açıq diskussiya və sual-cavab sessiyaları təşkil edilib, gənclərin hüquqi bilikləri artırılıb və onların dövlətçilik dəyərlərinə marağı stimullaşdırılıb. İnteraktiv mühit iştirakçıların fəallığını və mövzuya marağını daha da gücləndirib.

Layihənin əsas məqsədi gənclərdə konstitusiya prinsiplərinə əsaslanan vətəndaş məsuliyyətini gücləndirmək, milli dövlətçilik ideyalarına bağlılığı artırmaq və hüquqi maarifləndirməni genişləndirmək olub.

Tədbirin yekununda foto və video materiallar hazırlanaraq sosial şəbəkələrdə yayımlanıb. Layihə çərçivəsində yaradılan maarifləndirici məzmunun gələcəkdə də istifadə olunması və yerli təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində oxşar təşəbbüslərin davam etdirilməsi planlaşdırılır.

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org