QƏRBİ AZƏRBAYCAN İCMASINDA GƏNCLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB

 


Fevralın 27-də Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan Gənc Səfirləri – II” layihəsinin iştirakçıları ilə növbəti görüş keçirilib.

 

Görüşdə İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, sabiq təhsil naziri, İcmanın Müşahidə Şurasının sədri Misir Mərdanov çıxış ediblər.

 

Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Bakı Dövlət Universiteti və BDU Könüllüləri Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilib.

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org