Gənc alimlər üçün beynəlxalq akademik mentorluq və tədqiqat proqramı başlayır!
Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində İnnovativ İnkişafa Dəstək İctimai Birliyi tərəfindən “Tədqiqat Məktəbi: gənc alimlər üçün Beynəlxalq Akademik Mentorluq və Tədqiqat Proqramı” layihəsinə start verilir.
Bu proqram gənc tədqiqatçılara elmi-tədqiqat bacarıqlarını inkişaf etdirmək, akademik yazı və tədqiqat metodologiyası üzrə praktiki biliklər əldə etmək, beynəlxalq elmi əməkdaşlıq və mentorluq imkanlarını genişləndirərək beynəlxalq elmi mühitə çıxış qazanmaq imkanı yaradacaq.
Proqram çərçivəsində iştirakçılar aşağıdakı imkanlardan yararlana biləcəklər:
Tədqiqat metodologiyası üzrə intensiv təlimlər
Akademik yazı, istinad sistemi və elmi nəşr standartları üzrə praktiki məşğələlər
Türkiyə və Çin universitetlərindən cəlb olunacaq mütəxəssislərlə beynəlxalq mentorluq sessiyaları
Tematik seminarlar və ustad dərsləri
Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallara təqdim olunması üçün metodiki dəstək
Kimlər müraciət edə bilər?
Magistrantlar
Doktorantlar
Gənc tədqiqatçılar
Ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən elmi-pedaqoji heyət
Son müraciət tarixi: 31 mart 2026
Elmi ideyalarınızı beynəlxalq səviyyəyə çıxarmaq və akademik inkişafınızı sürətləndirmək üçün bu fürsətdən yararlanın!



