“THE WEEKEND III – TƏLƏBƏ KLUBLARI” DÜŞƏRGƏSİ
Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə “The WeekEND III – Tələbə Klubları” düşərgəsi keçirilib.
Düşərgənin ilk günündə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abbasova, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev və ATGTİ-nin sədri Rəşad Zeynalov iştirakçıları salamlayaraq çıxış ediblər.
Proqram çərçivəsində klub idarəçiliyi, marketinq və brend quruculuğu, innovasiya və layihə hazırlanması, süni intellekt, akademik və karyera planlaması, liderlik və komanda idarəetməsi mövzularında təlimlər, sessiyalar və müzakirələr keçirilib. Eyni zamanda startapçılarla görüşlər, layihə təqdimatları, intellektual və idman yarışları da təşkil olunub.
.jpg)

