Yaradıcılıq sərgisi – “Qış nağılı”

 


“Təbiətlə təmasda ol, əsrarəngizliyi təsvir et”! şüarı altında böyüyən gəncliyi təbiətlə təmasa sövq etmək, fərqli fəsillərdə təbiətin əsrarəngliyini göstərmək və mühafizəsinə həvəsləndirmək məqsədilə 8-21 yaş arası uşaq, yeniyetmə və gənclər arasında elan olunmuş “Qış nağılı” adlı yaradıcılıq sərgiləri açılıb.


Sərgiyə tövsiyə olunan mövzularda 1500-dən çox qış təsvirli peyzajlar təqdim edilib.

Sərgilərdən seçilən 34 əsərin müəllifinə hədiyyə təqdim olunub. Həmin əsərlər Xətai Uşaq Sənəti Qalereyasında sərgilənmək və tədbirdə istifadə olunmaq üçün qalereyanın kolleksiyasına daxil edilib.


Tədbirin təşkilatçıları Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzidir. Tədbirin dəstəkçilər isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-i, Xətai Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyidir.


Sərgiyə həmçinin bir qrup eston məktəblisi də əsər təqdim edib.

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org