Həsən Həsənov: Gənclər üçün broşür şəklində kitabların nəşri tarixin asan öyrənilməsinə kömək edəcək



Tarixi bütövlükdə bilmək mütəxəssislərin işidir. Ancaq gənclərimizin Atropatena, indiki Azərbaycan adlı dövlətlərin hansı xalq tərəfindən nə vaxt, hansı tarixi şəraitdə yaradılmasını bilmələri vacibdir.


Tarix elmləri doktoru, "Atropatena – Adorbayqan adlı dövlətin yaranması" kitabının müəllifi, keçmiş xarici işlər naziri Həsən Həsənov nəşrin rəsmi təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, son zamanlar Azərbaycan tarixinə dair bir sıra monumental əsərlər yazılsa da, gənclər üçün broşür şəklində kitabların nəşri də tarixin asan mənimsənilməsinə kömək edəcək: "Məhz bu yolla gedərək, Gənclər Fondunun rəhbərliyi ilə birlikdə belə qərara gəldik ki, broşür həcmində əsərlər buraxaq. Gənclərimizin ilkin məlumatları bilməsi üçün belə broşürlər faydalı olar. Atropatena adlı dövlət var idi və həmin söz bu gün Azərbaycan formasında həyatımızda mövcuddur", - deyə o qeyd edib.

Əvvəlki xəbər Növbəti xəbər
sr7themes.eu.org